Elcan Rəsulov başqa xəstəxanaya köçürüldü

11:57 4 Avqust 2023

Bir neçə gün öncə xəstəxanaya yerləşdirilən və əməliyyat olunan aktyor Elcan Rəsulov hazırda başqa tibb müəssisəsinə köçürülüb.

Sitat.info xəbər verir ki, bu barədə Elcan Rəsulov İnstaqram səhifəsində məlumat verib.

"Qismətimdə 6 gün müalicə aldığım klinikanın həyətinə başqa xəstəxananın təcili tibbi yardım maşınını çağırmaq da varmış", - o bildirib.

Aktyor köçürülmə səbəbini açıqlamayıb.

Qeyd edək ki, aktyor bir müddət əvvəl ayağında ağrılar olduğunu, yeriməkdə çətinlik çəkdiyini açıqlamışdı.



Xəbər xətti