ABŞ: Rusiya Şimali Koreyadan silah-sursat dəstəyini artırmağı tələb edir

13:10 4 Avqust 2023

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi iddia edib ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun Şimali Koreyaya iyulun 26-da səfəri zamanı Şimali Koreya rəsmiləri ilə danışaraq Pxenyandan Moskvaya silah-sursat satışını artırmasını istəyib.

Sitat.info xəbər verir ki, Kirbi Şoyqunun Şimali Koreyaya rəsmi səfəri ilə bağlı açıqlama verib.

Şoyqunun səfəri zamanı Şimali Koreya rəsmiləri ilə görüşdüyünü ifadə edən Kirbi, Rusiya-Ukrayna müharibəsi zamanı ölkəsinin ehtiyac duyduğu sursat satışının artırılmasını tələb etdiyini iddia edib.

Seymur Bənnayev 

Sitat.info



Xəbər xətti