Qara Dəniz Taxıl Təşəbbüsünün yenidən işə salınması qlobal ərzaq qiymətlərində sabitlik və xüsusilə yoxsul ölkələrin ərzağa çıxışı üçün vacibdir. Ukrayna xarici işlər naziri Kuleba bəyan edib ki, prezident Ərdoğan Putini Qara dəniz taxıl dəhlizi sazişinə qaytara biləcək yeganə liderdir.
Sitat.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin iyulun 17-də təşəbbüsdən çəkildiyini açıqladıqdan sonra dünən Rəcəb Tayyib Ərdoğanla Putin arasında telefon danışığı zamanı məsələ yenidən gündəmə gəlib.
Rabitə Müdirliyindən verilən açıqlamaya görə, prezident Ərdoğan “sülh körpüsü” hesab etdiyi Qara Dəniz Taxıl Təşəbbüsünün uzun müddət sıradan çıxmasının heç kimə fayda verməyəcəyini, aşağı gəlirlər və taxıldan asılı olanların ən çox əziyyət çəkəcəklərini deyib.
Seymur Bənnayev
Sitat.info