BMT: Ukraynada müharibə başlayandan 1 120 nəfərədək mülki şəxs həlak olub

07:15 28 Mart 2022

Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bu günə kimi azı 1 119 ukraynalı mülki şəxs ölüb, daha 1 790 nəfər yaralanıb. Rusiya ordusunun hərəkətləri nəticəsində Ukraynanı 3 milyon 821 min 49 nəfər tərk edib.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

Beləliklə, ən çox qaçqını (2 267 103 nəfər) Polşa qəbul edib. Siyahıda sonrakı yerləri Rumıniya, Moldova, Macarıstan və Slovakiya tutur.

Eyni zamanda, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) müharibə başlayandan bəri Ukraynada 6,5 ​​milyon insanın məcburi köçkünə çevrildiyini bildirib.

Habelə beynəlxalq təşkilatların nümayəndələri baş verənlərin real mənzərəsinin daha acınacaqlı ola biləcəyini istisna etməyiblər.



Xəbər xətti