Koronavirus peyvəndinin gücləndirici dozası 50 yaşdan yuxarı insanlarda "omikron" ştamına qarşı müdafiəni 95% artırır.
Sitat.info verir ki, “The Guardian” məlumat yayıb.
Reportun yaydığı xəbərə görə, Birləşmiş Krallığın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) (Britaniya-red) mütəxəssisləri bu qənaətdədir ki, peyvəndin buster dozası koronavirusun təsirlərindən qorumağa kömək edir və cəmiyyətin ən həssas üzvlərinə ölümdən yüksək səviyyədə qorunma təklif edir.
Alimlərin sözlərinə görə, xüsusən "Pfizer" peyvəndinin üçüncü dozasından sonra xəstəxanaya yerləşdirmədən qorunma səviyyəsi 90% təşkil edir.
"Moderna" peyvəndi isə üçüncü dozadan sonra qorunmanı 9 həftə ərzində 90-95% təmin edir.
İndiyə qədər Böyük Britaniyada əhalinin təxminən 64,5%-i peyvəndin üçüncü dozasını, 84%-i isə iki dozanı qəbul edib.