Türkmənistan Moskvaya uçuşları bu tarixə qədər dayandırdı

18:10 5 Avqust 2023

Aşqabaddan Moskvaya uçuşlara tətbiq olunan məhdudiyyətin müddəti oktyabrın 28-dək uzadılıb.

Sitat.info xəbər verir ki, bu barədə Türkmənistan Hava Yollarından məlumat verilib.

Qeyd olunub ki, Rusiyaya uçuşlar Aşqabad-Kazan-Aşqabad marşrutu ilə həyata keçiriləcək.

Qeyd edək ki, aviaşirkət Moskvanın hava məkanında yaranmış vəziyyətlə əlaqədar hərəkəti riskli qiymətləndirib və uçuşları avqustun 1-dən 22-dək dayandırdığını elan etmişdi.



Xəbər xətti