Sülhməramlılar erməniləri müşayiət etməkdən imtina etdi

15:08 7 Avqust 2023

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı bölgədəki ermənilərin Azərbaycan-Ermənistan sərhədinə (Həkəri körpüsünə) “aksiyası”nı müşayiət etməkdən imtina edib.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Sülhməramlıların komandanlığı bildirib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı kontingentinin avtoyürüş karvanlarında avtomobillərin müşayiət olunması, eləcə də müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulmur.



Xəbər xətti