Koronavirusun yeni ştamı sürətlə yayılır

15:48 7 Avqust 2023

Böyük Britaniyada, "COVID-19"un Omicron variantının alt variantı olan "Eris"in bütün ölkəyə yayıldığı açıqlandı.

Sitat.info xəbər verir ki, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinə (BBSTA) görə, yeni "Eris" variantı ölkə üzrə hər 7 yeni hadisədən birinə təsadüf edir.

"Eris" Böyük Britaniyada "Arcturusdan" sonra ikinci ən çox yayılmış variant olaraq qeydə alınıb, bu halların təxminən yarısını 39,4 faiz təşkil edir.

Rəsmilər, dünyada "COVID-19"" hadisələrinin artması davam etdiyi üçün vəziyyəti yaxından izlədiklərini bildirdilər.

Böyük Britaniyada "COVID-19" infeksiyaları və peyvənd nisbətləri ilə bağlı rəqəmləri təxmin edən Zoe, "COVID-19" simptom araşdırmalarına görə, 4 iyulda 606,656-dan təxmin edilən hadisələrin sayı 200,000 artaraq 27 iyulda 785,980-ə yüksəlib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti