Tunisdə immiqrantları daşıyan qayıq batıb: 11 nəfər ölüb, 44 nəfər itkin düşüb

22:11 7 Avqust 2023

Tunisin Şafaks əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq aşıb. Fəlakətdə 11 nəfərin öldüyü, 44 nəfərin itkin düşdüyü açıqlanıb.

Sitat.info xəbər verir ki, Şafaks Birinci Məhkəməsinin sözçüsü Fevzi əl-Məsmudi verdiyi açıqlamada, Şafaks vilayətinin Kerkennah (Kerkenne) adası yaxınlığında qeyri-qanuni miqrantları daşıyan qayığın batdığını bildirib.

Məsmudi hadisədə ölən 11 nəfərin cəsədinin tapıldığını, batan qayıqdakı 44 mühacirlə əlaqənin kəsildiyini bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti