Qırğızıstanda sel: İssık-Kul vilayətində 92 evə ziyan dəyib

10:58 8 Avqust 2023

Qırğızıstanın şimalında İssık-Kul bölgəsində güclü leysandan sonra baş verən sel nəticəsində 92 kənd evi ziyan görüb.

Sitat.info xəbər verir ki, Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi yazılı açıqlamaya görə, İssık-Kul vilayətinin Tube rayonunun Taldı-Suu, Köçu və Korumdu kəndlərində leysan yağışları  şiddətli selə səbəb olub.

Selin təsirli olduğu üç kənddə 92 evə və daxili yollara ziyan dəydiyi halda, seldən sonra rayonda 103 nəfər şəxsi heyət 7 texnika ilə təmizlik işlərinə qatılıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti