İran daha bir ABŞ vətəndaşını həbs etdi

11:56 8 Avqust 2023

İran təhlükəsizlik məmurları ABŞ vətəndaşı olan qadını casusluq ittihamı ilə həbs ediblər.

Sitat.info xəbər verir ki, bu barədə “Xorasan” qəzeti məlumat yayıb.

Məlumatda İran əsilli qadının əvvəllər Əfqanıstanda qeyri-hökumət təşkilatlarında işlədiyi bildirilib.

O, bir neçə həftə əvvəl həbs edilsə də, barəsində xəbər avqustun 7-də yayılıb.

ABŞ saxlanılan qadının azad olunacağı tarixə qədər İranla məhbus mübadiləsi sazişinin icrasını dayandırıb.

Qeyd edəkki, hazırda 5 ABŞ vətəndaşı İranda həbsdədir.



Xəbər xətti