Rusiya ordusu Kiyevə 2 istiqamətdən hücuma keçib SON DƏQİQƏ!

10:42 28 Mart 2022

Rusiya ordusu paytaxt Kiyevə iki istiqamətdən hücuma keçib.

SİTAT.İNFO BAKU.WS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Kiyev şəhərinin müdafiə qüvvələri əsas yollara və yaşayış məntəqələrinə nəzarəti ələ keçirmək üçün şimal-qərbdən və şərqdən müdafiəni yarmağa çalışan rus qoşunlarının qarşısını alır.

Bundan əlavə Donetsk və Luqansk istiqamətlərində gün ərzində Rusiya ordusunun 5 hücumu dəf edilib.

Qeyd edilir ki, Topolskoye, Kamenka, Suxaya Kamenka yaşayış məntəqələri ərazilərində şiddətli döyüşlər davam edir.



Xəbər xətti