Rusiyada hərbi hissədə güclü yanğın başladı

20:30 9 Avqust 2023

Rusiyanın Stavropol diyarında yerləşən Georgiyevsk şəhərində hərbi hissənin ərazisində güclü yanğın başlayıb.

Sitat.info  xəbər verir ki, bu barədə danışan şəhər dairəsinin rəhbəri Andrey Zaitsev yanğına siqaret kötüyünün səbəb olduğunu bildirib.

Onun sözlərinə görə, 300 kvadratmetr sahədə geyim anbarı yanır.

//Axtar.az



Xəbər xətti