İstanbulda aeroport işçilərini daşıyan avtobus aşıb, 29 yaralı var

21:50 9 Avqust 2023

İstanbul hava limanında çalışan personalı daşıyan avtobusun Eyüpsultanda aşması nəticəsində 29 nəfər yaralanıb.

 Sitat.info xəbər verir ki, İşıqlar-Ağaçlı yolunda körpünün üzərində olarkən avtobus naməlum səbəbdən idarəetmədən çıxaraq təxminən 6 metr hündürlükdən boş sahəyə düşüb.

Bölgəyə polis, xilasetmə və tibb qrupları cəlb edilib.

Sürücünün və 46 nəfərin avtobusda olduğu, ilkin təsbitlərə görə qəzada 29 nəfərin yaralandığı öyrənilib.

Hadisə yerinə gələn tibbi qrupların ilk müdaxiləsindən sonra yaralılar təcili yardımlarla ətrafdakı xəstəxanalara aparılıb.

//Report



Xəbər xətti