"11 Ukrayna PUA-nın məhv edildi".
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
“Kiyev rejiminin pilotsuz təyyarələrlə terror aktları törətmək cəhdlərinin qarşısı Kaluqa və Moskva vilayətləri və Sevastopol şəhəri üzərində alınıb”, - Rusiya Müdafiə Nazirliyinin bu gün yaydığı bəyanatda deyilir.
Moskva istiqamətində uçan PUA-lar Kaluqa vilayətinin Maloyaroslavl və Moskva vilayətinin Odintsovo səmalarında hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Sevastopol şəhəri yaxınlığında iki PUA növbətçi hava hücumundan müdafiə avadanlığı ilə məhv edilib, digər doqquz PUA isə elektron döyüş texnikası ilə məhv edilib və hədəflərinə çatmamış Qara dəniz sularına düşüb. Bloklanan terror aktları nəticəsində insan tələfatı və dağıntı olmayıb.
Seymur Bənnayev
Sitat.info