Deputat nəzir qutularına yığılan ianələrdən DANIŞDI

09:49 28 Yanvar 2022

“Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliyin edilməsində əsas məqsəd dini fəaliyyət sahəsində qanunvericilik bazasının təkmilləşdiriməsi və sistemləşdirilməsi məqsədi daşıyır.
 

Bunu Modern.az saytına Milli Məclisin deputatı Ceyhun Məmmədov “Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişikliyin hansı zərurətdən irəli gəldiyi barədə danışarkən deyib.



Onun sözlərinə görə, qanuna əsas dəyişikliklərdən biri qeydiyyatla bağlıdır.


“Əvvəlki dövrlərdə sənədlər dini mərkəzlərə təqdim edilir, sonra isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) təqdim olunurdu. Dəyişikliklərə əsasən, sənədlər birbaşa müvafiq icra hakimiyyətinə təqdim ediləcək. Əvvəlki dövrlərdə sənədlərin dini mərkəzə sonra DQDK-a təqdim olunması bir sıra hallarda prosesin obyektiv və subyektiv səbəblərdən uzanmasına gətirib çıxarırdı. Dəyişiklik qeydiyyat prosesinin sürətlənməsinə şərait yaradacaq”.


Deputat digər mühüm dəyişiklik barədə də danışıb:


“Digər mühüm bir dəyişiklik ianələrlə bağlıdır. Dəyişikliklər ianələrin həm nağd,  həm də elektron qaydada qəbulunu nəzərdə tutur. Hesab edirəm bu dəyişiklik də sözügedən sahədə hesabatlılığın və şəffaflığın təmin olunmasına öz ciddi töhfəsini verəcək. Cəmiyyətdə nəzir qutularına verilən ianələrin taleyi ilə bağlı zaman-zaman müxtəlif müzakirələr gedirdi. Hazırda YAŞAT Fondunun nümunəsi var. Hesab edirəm belə bir sistem quraraq, vəsaitin şəffaflığını tam təmin edə bilərik”.



Xəbər xətti