Ukrayna bu məsələlərdə özü qərar verməlidir - Valtonen

19:37 10 Avqust 2023

Ukrayna suveren dövlətdir, sülh danışıqlarının şərtlərini və Rusiya ilə müharibənin bitməsini özü müəyyən etməlidir.

 Sitat.info xəbər verir ki, bu barədə Finlandiya xarici işlər naziri Elina Valtonen deyib.

Valtonenin sözlərinə görə, Qərb ölkələri hazırda müharibəni dayandırmaq üçün Ukraynaya qətiyyətlə, ciddi şəkildə və israrla əlindən gələn köməyi edir:

“Sonda dünyanın nəyə bənzəyəcəyini müəyyən etmək Ukraynanın işidir. Xüsusilə indiki mərhələdə Ukraynanın müəyyən istiqamətdə təzyiq edilməməsi çox vacibdir”.



Xəbər xətti