Banqladeş musson yağışlarına təslim oldu: 29 ölü

20:19 10 Avqust 2023

Banqladeş rəsmiləri ölkənin cənub-şərqində təsirli olan musson yağışlarının səbəb olduğu daşqınlarda aralarında uşaqların da olduğu 29 nəfərin öldüyünü, 11 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

Sitat.info xəbər verir ki, Banqladeşdə Cox's Bazar komissarı Məhəmməd Şahin İmran 480 min insanın daşqınlardan mənfi təsirləndiyi bölgədə 3-ü uşaq olmaqla 16 nəfərin həyatını itirdiyini, 2 nəfərin isə itkin düşdüyünü bildirib.

Bölgədə baş verən daşqınların 14 milyon Banqladeş svopuna (təxminən 128 min dollar) maddi ziyan vurduğu təxmin edilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti