Fransada taxıl silolarında yanğın çıxdı!

20:28 10 Avqust 2023

Fransanın La-Roşel limanında 4 taxıl anbarı silosunda yanğın baş verib.

Sitat.info xəbər verir ki, Fransanın La-Roşel limanında yanğın panikası baş verib. Taxıl anbarı siloslarında baş verən yanğınla əlaqədar kilometrlərlə uzaqdan görünən tüstü buludunun əmələ gəldiyini, Şarent-Dəniz bölgəsinin rəsmiləri isə 4 silosun bir-birinin ardınca yandığını və siloslarda buğdanın olduğunu bildiriblər.

Yanğının yayılması təhlükəsi səbəbindən anbar və yaxınlıqdakı obyektlər tamamilə boşaldılıb. Partlayış riskinin olmadığı açıqlanıb.

La-Rochelle Qubernatorluğundan verilən açıqlamada bölgəyə təxminən 100 yanğınsöndürən göndərildiyi və yanğının söndürülməsi işlərinin davam etdiyi bildirilib. Yanğının səbəbləri ilə bağlı məlumat verilməyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti