Polşada bir tikintidə İkinci Dünya Müharibəsindən qalma 250 kiloqramlıq bomba aşkar edilib. Bu səbəblə 14 min insan ərazidən təxliyə edilib.
Sitat.info xəbər verir ki, bomba Polşanın cənub-şərqində, Lublin şəhərində binanın bünövrəsini qazarkən tapılıb. Xəbərdarlıq üzərinə hadisə yerinə gələn bomba zərərsizləşdirilməsi mütəxəssisləri, sözügedən partlayıcı maddənin İkinci Dünya Müharibəsi dövrünə aid olduğunu təyin ediblər.