Şovi faciəsi: ölənlərin sayı 24-ə çatdı

20:28 11 Avqust 2023

Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində daha 2 nəfərin cəsədi aşkarlanıb ki, bununla da ölənlərin sayı 24-ə çatıb.

Sitat.info xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze məlumat verib.

Məlumata görə, gün ərzində xilasedicilər ərazidən üç ölü və bir cəsəd parçası tapıblar.

Son məlumatlara əsasən, 9 nəfər isə itkin düşmüş hesab olunur.

Xilasedicilərin fəlakət bölgəsindən 200 nəfərdən çox şəxsi təxliyə etdiyi deyilir.

//Axtar.az



Xəbər xətti