Turizm cənnəti Havayın ən böyük adalarından biri olan Maui, tarixində ən böyük meşə yanğını fəlakətini yaşayır. Yanğınlarda həyatını itirənlərin sayı 80-ə çatıb, yüzlərlə insan itkin düşüb. Alovla mübarizə üç fərqli nöqtədə davam edir.
Sitat.info xəbər verir ki, ABŞ-ın turizm cənnəti olan Havay ştatının Maui adasında meşə yanğınları hələ də davam edir.
Ada rəsmiləri tərəfindən edilən açıqlamada yanğınlarda həyatını itirənlərin sayının 80-ə yüksəldiyi açıqlanıb. Ştat tarixindəki ən ölümcül təbii fəlakətdə yüzlərlə insanın itkin düşdüyü bildirilir. Axtarış işlərinin meyit itləri ilə aparıldığı bir vaxtda ölənlərin sayının arta biləcəyi vurğulanıb.
Seymur Bənnayev
Sitat.info