Fransada tətil mövsümü COVID-19-un yeni variantı olan Erisin yayılmasını artıra bilər

12:31 12 Avqust 2023

Fransada, "COVID-19"un Omicron variantının alt variantı olan Erisin (EG.5.1) ölkə üzrə yayılmasının yay tətili mövsümü ilə əlaqəli ola biləcəyi açıqlandı.

Sitat.info xəbər verir ki, Beynəlxalq Fransız Radiosunun (RFI) xəbərinə görə, Fransa Xalq Sağlamlığı Təşkilatı tərəfindən edilən açıqlamada, Eris hadisələrinin sayında artımın bütün bölgələrdə müşahidə edildiyi, lakin ən çox artımın məşhur tətil bölgələrində olduğu bildirildi.

Fransada son günlərdə "COVID-19" şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayında artım müşahidə edilsə də, açıqlamada bildirilib ki, "COVID-19" şübhəsi ilə yoluxma halları keçən həftə 15-74 yaş arasında olan şəxslərdə 25 faiz artıb.

74 yaşdan yuxarı şəxslərdə bu nisbətin yüzdə 34, iki yaşa qədər körpələrdə isə 56 faiz artdığı bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti