Sudandakı münaqişə nəticəsində 4,3 milyondan çox insan didərgin düşüb

19:21 15 Avqust 2023

Birləşmiş Millətlər Təşkilatı (BMT) münaqişənin davam etdiyi Sudanda 4,3 milyondan çox insanın məcburi köçkünə çevrildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Uilyam Spindler həftəlik mətbuatda Sudan ordusu ilə hökumətin üsyançı elan etdiyi paramiliter Çevik Dəstək Qüvvələri (ÇDQ) arasında 15 apreldən bəri davam edən vətəndaş müharibəsi ilə bağlı qiymətləndirmələr edib.

"Sudanda münaqişə başlayandan bəri 4,3 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Bu rəqəmə qonşu ölkələrə gedən 900 mindən çox qaçqın və sığınacaq axtaran və Cənubi Sudana qayıtmalı olan 195 min cənubi sudanlı daxildir", - məlumatda deyilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti