İsrail qüvvələri İordan çayının qərb sahilinə hücum edib

23:10 15 Avqust 2023

İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki Yerixo şəhərindəki qaçqın düşərgəsinə təşkil etdiyi basqında iki fələstinli gənc həyatını itirib.

Sitat.info xəbər verir ki, İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindəki Yerixo şəhərindəki qaçqın düşərgəsinə basqın edib.

Basqına reaksiya verən fələstinlilərlə İsrail qüvvələri arasında gərginlik artıb. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, 16 yaşlı Qusay əl-Valacinin və 25 yaşlı Məhəmməd Nucumun güllələnərək öldürüldüyü bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti