Cəlilabadda orta əsrlərə aid qəbiristanlıq tapıldı

12:32 16 Avqust 2023

Cəlilabad rayonunun Hacıismayıllı kəndi ərazisində tarixi qəbiristanlıq aşkar olunub.

Sitat.info xəbər verir ki, “Orta əsrlər dövrünə aid qəbiristanlıq Salyan Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Ərazidə müxtəlif ölçülərdə və formada olan məzar daşlarının üzərində bir-birindən fərqli simvollar, işarələr mövcuddur. Bəzi məzar daşlarının üzərində ərəb qrafikalı əlifba ilə yazılan yazılara da rast gəlinib.

Hazırda ərazinin daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil edilməsi üçün lazımi tədbirlər görülür”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən gün də Cəlilabadda 15-ci əsrə aid edilən qoç fiquru aşkarlanmışdı.



Xəbər xətti