Omikron ştamının Coviddən fərqi və əsas əlamətləri

11:47 28 Yanvar 2022

Koronavirusun mutasiyaya uğramış versiyası olan Omikron ştamının simptomları mütəxəssislər tərəfindən araşdırılır. Bu ştam daha sürətlə yayılsa da, ölümcül riski daha azdır. Alimlər ən çox rast gəlinən Omikron simptomlarını açıqlayıblar. 

Omicron ştamında xəstəlik ilk 3-4 gündə boğaz ağrısı ilə müşayiət olunur.  Bu vəziyyət insandan insana dəyişsə də, sonrakı proses daha yumşaq olur. Omicron ştamının simptomları arasında öskürək 83 faizlə birinci yerdədir. Xəstələrin  78 faizində burun axması və ya tutulması, 74 faizində isə yorğunluq müşahidə edilib. Demək olar ki, dad və qoxu itkisi olmur.
İngiltərədə aparılan araşdırmalarda ştamın Coviddən daha çox soyuqdəyməyə bənzədiyi bildirilir,  burun axması, baş ağrısı və yorğunluq kimi simptomların Omikron-u fərqləndirən xüsusiyyətlər olduğu vurğulanıb. Bundan əlavə, "Omicron" variantı olan insanlar dizlərdə, dirsəklərdə və ayaqlarda qaşınma, dəri səpkisi, qızartı və ya bənövşəyi səpgilərlə qarşılaşa bilərlər. 

Omicron ştamında indiyə qədər aşkar edilmiş ən ümumi simptomlar aşağıdakılardır: 

- Burun axması

-Baş ağrısı

-Yorğunluq

- Asqırmaq

-Boğaz ağrısı

-Oynaq ağrıları



Xəbər xətti