Ələt-Horadiz-Ağbənd dəmiryolu xəttinin Ələt-Osmanlı hissəsindəki dəmiryol körpüsü yenidən qurulub və ona paralel yeni körpü inşa edilib.
Sitat.info xəbər verir ki, Kür çayının Şirvan şəhərindən keçən hissəsində yerləşən bu körpülərin hər birinin uzunluğu 270,5 metr, eni isə 5,7 metrdir.
Hər iki körpünün layihələndirilməsi 100 % yerinə yetirilib, tikinti işlərinin 98 %-i yekunlaşıb. Bu körpülər dəmiryolu ilə yüklərin daha intensiv daşınmasında önəmli rol oynayacaq.
Yaxın zamanda körpülərin tam istimara verilməsi planlaşdırılır.