Dünyanın ən zəngin qadınından Ukraynaya külli miqdarda ianə

11:21 29 Mart 2022

“Amazon”un qurucusu Ceff Bezosun keçmiş həyat yoldaşı və planetin ən zəngin qadını olan amerikalı xeyriyyəçi Makkenzi Skott ukraynalı qaçqınlara böyük məbləğdə ianə edib.

51 yaşlı milyarder yüzlərlə müxtəlif xeyriyyə fondlarına 3,8 milyard dollar bağışlayıb.

Onun ianə etdiyi xeyriyyə fondları arasında Ukraynaya kömək edən bir neçə fond var.

Bəzi mənbələrə görə, Skottun ukraynalı qaçqınlara bağışladığı məbləğ 100 milyon dollar təşkil edir.

Mənbə: Fokus

  •  



Xəbər xətti