Ukrayna müdafiə nazirinin müavini Anna Malyar ötən həftə Baxmut yaxınlığında daha 3 kilometr ərazinin azad edildiyini bildirib.
Sitat.info xəbər verir ki, Müdafiə Nazirliyinin Hərbi Mətbuat Mərkəzinin sosial media hesabında paylaşılan paylaşımda Malyarın Ukrayna ordusunun Baxmut istiqamətində uğur qazanması ilə bağlı açıqlaması yer alıb.
Ukrayna ordusunun Baxmut şəhərinin cənub cinahında irəliləməyə davam etdiyini bildirən Malyar deyib: "Son bir həftədə əlavə 3 kvadrat kilometr ərazi azad edildi. Bütövlükdə Baxmut ətrafında azad edilən 43 kvadrat kilometrlik bir sahədən danışa bilərik".
Nazir müavini Malyar ötən həftə Ukrayna qüvvələrinin Baxmutda 3 kvadrat kilometr ərazini azad etdiyini və bununla da bərpa edilən ümumi ərazinin 40 kvadrat kilometrə çatdırıldığını açıqlayıb.
Seymur Bənnayev
Sitat.info