Rusiya ilə Ukrayna arasında müharibənin 18-ci ayıdır və qarşılıqlı hücumları davam edir.
Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu gün 2 Ukrayna PUA-nın Rusiya hava hücumundan müdafiə vasitələri tərəfindən aşkar edilərək radioelektron döyüş sistemləri ilə vurulduğunu açıqlayıb.
Rusiya ərazisi daxilində dron hücumları bir neçə həftədir ki, artmaqdadır. Lakin indiyədək bu hücumlar heç bir zərərə və ya insan itkisinə səbəb olmayıb. Hücumlar adətən Ukrayna sərhədindən 500 km aralıda yerləşən paytaxt Moskvanı hədəf alır.
Rusiya Müdafiə Nazirliyi Qara dənizdəki hadisələrlə bağlı açıqlama verib. Nazirlik Rusiyanın Qara dəniz sularında qaz hasilat müəssisələrinin bölgəsində Ukrayna Silahlı Qüvvələrinə məxsus kəşfiyyat katerinin məhv edildiyini açıqlayıb.
Ayna,
Sitat.info