Baydenin Putinlə görüş şərtləri AÇIQLANDI

11:38 30 Mart 2022

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə danışıqlara müəyyən təminatların verilməsi şərti ilə razılaşacaq.

Bu barədə Ağ Evin kommunikasiya direktoru Keyt Bedinqfild bəyan edib.

“Bu, Putinin nə haqda danışmaq istəməsindən asılı olacaq. Biz açıq şəkildə bildirdik ki, prezidentin belə bir söhbətə razılıq verməsi üçün Rusiya tərəfindən deeskalasiyanın (Ukraynada - red.) nəzərəçarpacaq dərəcədə azalması və diplomatiyaya ardıcıl, həqiqi sadiqlik lazımdır”.

Bedinqfildin sözlərinə görə, Bayden yalnız əvvəlcədən razılaşdırılmış təminatlar şərti ilə Putinlə birbaşa danışıqlara hazır olacaq.



Xəbər xətti