Rusiya mətbuatı: Surovikin vəzifəsindən azad edilib

11:16 23 Avqust 2023

Rusiyanın RİA Novosti xəbər agentliyi ötən il Ukraynadakı Rusiya qoşunlarına da rəhbərlik edən Aerokosmik Qüvvələrin komandanı Sergey Surovikinin vəzifəsindən azad edildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, RİA Novosti-nin xəbərində 2022-ci ilin oktyabr-dekabr ayları arasında Ukraynadakı Rusiya qoşunlarına komandanlıq edən Hava-Kosmik Qüvvələrinin komandanı Sergey Surovikinin vəziyyəti ilə bağlı məlumatlar yer alıb.

Surovikinin Rusiya Aerokosmik Qüvvələri komandanlığından uzaqlaşdırıldığı bildirilən xəbərdə onun yerinə müvəqqəti olaraq Rusiya Aerokosmik Qüvvələrinin Baş Qərargah rəisi Viktor Əfzalovun təyin olunduğu qeyd edilib.

Qeyd edək ki, İyunun 24-də Vaqner muzdlu qruplaşmasının Rusiya administrasiyasına qarşı üsyanında Surovikin video yayımlayıb və Vaqneri silahı yerə qoymağa çağırıb.

İğtişaşdan sonra Rusiya mətbuatında çıxan bəzi xəbərlərdə Vaqnerin silahı yerə qoyması çağırışına baxmayaraq, Surovikinə qarşı istintaq başladıldığı və onun ev dustaqlığında saxlandığı iddia edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti