Həbsdə olan Drakonun işinə Ali Məhkəmə baxacaq

15:15 23 Avqust 2023

Oktyabrın 25-də Ali Məhkəmənin Cinayət Kollegiyasında Nazim Mövsümovun sədrliyi ilə cari ilin may ayında Apelyasiya Məhkəməsinin qərarından verilən şikayətə baxılacaq.

Sitat.info xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında həbsdə olan tanınmış aktyor və rejissor Rza Rzayevin vəkili Səlahəddin Cəfərov deyib.

“Rza Rzayev hazırda 17 saylı cəzaçəkmə müəssisəsindədir. Bu yaxınlarda onunla görüşmüşəm, vəziyyəti yaxşıdır”, - vəkil bildirib.

Qeyd edək ki, R.Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib.



Xəbər xətti