Araikin növbəti şousu: İndi də çörəyi "kartoçka" ilə paylamağa başladılar

14:22 24 Avqust 2023

Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində yaşayan ermənilər artıq çörəyi "kartoçka" ilə alacaqlar.  Bununla da ermənilər dünyaya ərzaq böhranı, humanitar fəlakət mesajları verməyə çalışırlar.

Hər yerdən əlləri üzülən terrorçu rejim və himayəçiləri avqustun 23-dən çörəyi ailə üzvlərinin sayına görə normanı nəzərdə tutan yemək kartları ilə paylamağa başlayıblar.

 Sitat.info erməni mediasına istinadən xəbər verir ki, bu şounu təşkil edənlər artıq kartların formasını hazırlanıb sakinlərə təqdim edilib, nümunələr  icmalara göndərilib.

“Kartoçka"da ailə başçısının adı və soyadı, ailənin üzvlərinin sayı və verilən çörəyin miqdarı göstərilir. Kartlarda tarixlər göstərilir, örək sexlərinin və ya mağazaların işçiləri gündəlik pulun alınması ilə bağlı müvafiq qeydlər aparacaqlar”.

Hələlik bu məhdudiyyət Xankəndi üçün nəzərdə tutulmayıb. 

Qeyd edək ki, sülhməramlıların müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində heç bir ərzaq böhranı yaşanmır və hətta mümkün risktlərə qarşı Azərbaycan tərəfi Ağdam-Xankəndi yolunu təklif edib. Lakin reintqrasiya prosesinin sürətlənməsini istəməyən qondarma rejim bu yoldan istifadədən imtina edir. 

Nərgiz,

Sitat.info



Xəbər xətti