Avropa Komissiyasının sözçüsü Piter Stano bəyan edib ki, "Vaqner"in yaradıcısı Yevgeni Priqojinin ölümü ilə bağlı iddialar Rusiyadan yayılan hər hansı bir məlumat kimi təsdiqlənməyə ehtiyac duyur.
Sitat.info xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Peter Stano Vaqnerin qurucusu Yevgeni Priqojinin ölümü ilə bağlı iddialarla bağlı açıqlamasında: "Bu günlərdə Rusiyadan çıxan heç bir şey inandırıcı deyil. Rusiyadan çıxan hər şey kimi, unu yoxlamaq çox çətindir. Ona görə də şərh verə bilmərik”, - deyib.
Priqojinin ölümünün Vaqnerə təsirləri ilə bağlı Stano deyib: "Biz ümid edirik ki, Vaqnerin dünyanın bir çox yerindəki hərəkətləri sona çatacaq. Amma biz bilirik ki, Vaqner təkcə onun qurucusu ilə bağlı deyil. Biz bilirik ki, Vaqner təşkilatlanmışdır. Kreml tərəfindən idarə olunur və maliyyələşdirilir”.
Seymur Bənnayev
Sitat.info