İsrail qüvvələri cümə namazına gələnlərə hücum edib

15:38 25 Avqust 2023

İsrail qüvvələri işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya cümə namazı qılmaq üçün gələnlərə hücum edib.

Sitat.info xəbər verir ki, on minlərlə fələstinli və əcnəbi müsəlman cümə namazını qılmaq üçün hər həftə olduğu kimi Məscidül-Əqsaya axışıb.

Məscidül-Əqsanın girişlərindən biri olan Əl-Əsbat Qapısında bir çox İsrail polisi müqəddəs məbədə girənlərin kimliyini yoxlamağa başlayıb.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə, İsrail polisi bir nəfərə hücum edib və xaos yaşanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti