Danimarka Quranın yandırılmasını qadağan edir

17:20 25 Avqust 2023

Danimarka hökuməti bir çox müsəlman ölkələri ilə gərginliyi azaltmaq səyləri çərçivəsində ictimai yerlərdə Quran nüsxələrinin yandırılmasını qadağan edən qanun təklif edib.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Peter Hummelqaard məlumat verib.

Qeyd olunub ki, ictimai yerlərdə Quran, İncil və digər müqəddəs kitabları yandıranlar cəzalandırılacaq.



Xəbər xətti