Məscidül-Əqsanın imamı: İsrail Əqsanı boşaltmaq üçün “dini müharibə” aparır

22:35 25 Avqust 2023

Məscidül-Əqsanın imamı Şeyx İkrime Səbri İsrail qüvvələrinin işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya cümə namazı qılmaq üçün gələnlərə hücumunu “Əqsanın boşaldılması üçün aparılan dini müharibənin bir hissəsi" kimi qiymətləndirib.

Sitat.info xəbər verir ki, Səbri verdiyi yazılı açıqlamada hadisələrin Fələstin xalqının Məscidül-Əqsada daha çox namaz qılmasına səbəb olacağını bildirib.

Sabri iddia edir ki, İsrailin müdafiəsiz ibadət edənlərə qarşı zülmü və təqibi "öz zəifliyinə və qorxaqlığına" işarə edir.

Məscidül-Əqsa İmam Xətibi Səbri qeyd edib ki, İsrail rəhbərliyinin ibadət edənlərə qarşı tətbiq etdiyi məhdudiyyətlər və zorakılıqlar müsəlmanların ibadət azadlığının açıq şəkildə pozulmasıdır.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti