Ötən gün Kürdə batan 14 yaşlı Əsmanın axtarışları davam edir.
Sitat.info xəbər verir ki, bu gün səhər saatlarından FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları axtarışlara başlayıblar.
Günü ikinci yarısında əlavə olaraq ikinci dalğıc-axtarış dəstəsi də axtarışlara qoşulub. Eyni zamanda, yeniyetmənin tapılması istiqamətində kənd sakinləri də səfərbər olaraq kiçik taxta qayıqlarla axtarışlar aparırlar.
Hazırda axtarışlar böyük bir ərazidə davam edir.