İki il əvvəl Əfqanıstanda nəzarəti ələ keçirən Taliban qadınlara daha bir məhdudiyyət qoyub. Taliban qadınlara hicab qaydalarına əməl etmədiklərini əsas gətirərək Band-e-Amir Milli Parkına getməyi qadağan edib.
Əfqanıstanın Band-e-Amir Milli Parkı ölkənin ilk qadın park mühafizəçilərini işə götürməsi ilə tanınırdı. Lakin ölkədə hakimiyyəti ələ keçirən Taliban hökuməti qadınların bu parka girişinə qadağa qoyulacağını açıqlayıb.
Sitat.info xəbər verir ki, Əfqanıstanın Əxlaqın Təbliği və Əxlaqsızlığın Qarşısının Alınması naziri Məhəmməd Xalid Hənəfi qadınların parkda örtünmə qaydalarına əməl etmədiyini iddia edib.
Bölgəni ziyarət etdikdən sonra bu açıqlamaları verən Hənəfi rəsmilərə qadınların çadranı düzgün taxmadığını bildirib.
CNN International-ın məlumatına görə, 2019-cu ildə müxtəlif beynəlxalq təşkilatların əməkdaşlığı ilə yaradılan parkda dağlarla əhatə olunmuş dərin mavi göllər var.
Ayna,
Sitat.info