Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynada müharibəyə son qoymağın yeganə yolu ABŞ-ın keçmiş prezidenti Donald Trampı yenidən prezidentliyə seçməkdir.
Sitat.info xəbər verir ki, “X” sosial media platformasında keçmiş "Fox News" aparıcısı Taker Karlsonla müsahibəsində Orban bəyan edib ki, Trampın vəzifəyə qayıtması münaqişədən “yeganə çıxış yolu” olacaq və Kiyevin Rusiyaya qarşı müharibədə qalib gələ biləcəyinə dair istənilən iddia yalandır.
“Ruslar ukraynalılardan qat-qat güclü və sayca çoxdur. Trampı geri çağırın. Tramp Qərb dünyasını xilas edə biləcək adamdır", - Orhan deyib.
Seymur Bənnayev
Sitat.info