Moskvaya PUA hücumu: Bu hava limanı bağlandı

10:26 31 Avqust 2023

Bu gün səhər saatlarında Moskvaya PUA hücumu olub.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PUA Moskva vilayətinin Voskresensk rayonunda hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

PUA hücumu ilə əlaqədar Vnukovo hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.

Dağıntı və tələfat yoxdur.



Xəbər xətti