Ukrayna ordusu bu istiqamətdə mühüm qələbə qazanıb: Mühasirə yarılır

10:51 31 Mart 2022

Ukrayna qoşunları Çerniqov şəhəri yaxınlığında bəzi strateji əhəmiyyətli əraziləri Rusiya qüvvələrindən geri qaytarıb.

SİTAT.İNFO-nun CNN- ə istinadən xəbərinə görə, sosial mediada yayılan bəzi videolarda Ukrayna silahlı bölmələrinin Çerniqovdan təxminən 19 kilometr məsafədə olan Sloboda kəndində görüntüləri paylaşılıb.

Kəndin alınmasının Çerniqovun mühasirədən çıxarılması baxımından Ukrayna üçün həyati əhəmiyyət daşıdığı bildirilib.

Bu hadisənin Çerniqovun mühasirəsinin qırılması istiqamətində ən önəmli qələbələrdən biri ola biləcəyi vurğulanıb. (APA)



Xəbər xətti