Qırğızıstandan "TikTok" ilə bağlı qərarı

15:18 31 Avqust 2023

Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi "TikTok" sosial media platformasını qadağan etmək qərarına gəldiklərini açıqlayıb.

Sitat.info xəbər verir ki, Çinin "TikTok" sosial media platformasını qadağan edən ölkələr sırasına Qırğızıstan da qoşulub.

Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyindən verilən açıqlamada "TikTok"un uşaqların əqli inkişafına və sağlamlığına mənfi təsir göstərdiyinə dair qeyri-hökumət təşkilatlarından bir sıra şikayətlərin daxil olduğu bildirilib. Nazirliyin "TikTok" məzmununu bu kontekstdə araşdırdığı şərhində, bu platformanın uşaqların sağlamlığına və inkişafına zərər verən məlumatlara girişi məhdudlaşdırmadığı və giriş təmin edilərkən yaş kateqoriyasına nəzarət funksiyasının olmadığı müəyyən edilmişdir. Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi çoxsaylı müraciətləri nəzərə alaraq, Qırğızıstanda "Tik Tok"un fəaliyyətini dayandırmaq qərarına gəlib. Açıqlamada qeyd olunub ki, qərarın qüvvəyə minməsi üçün Rəqəmsal İnkişaf Nazirliyinə müraciət edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti