Quterreş: Yaxın gələcəkdə Ukraynada sülhün bərqərar olması mümkün görünmür

12:15 1 Sentyabr 2023

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Ukraynada sülhün yaxın gələcəkdə mümkün görünmədiyinə diqqət çəkib.

Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş BMT-nin Nyu-Yorkdakı binasında jurnalistlərə açıqlama verib.

Sentyabr ayının “çoxtərəfli diplomatiya ayı” olacağını bildirən Quterreş Keniyada Afrika İqlim Sammitində, Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası (ASEAN) - İndoneziyada BMT-nin Sammitində, Hindistanda keçiriləcək G20 Sammitində və Çin-G77 sammitində iştirak edəcəyini bildirib.

BMT Baş Assambleyasının 78-ci iclasının Nyu-Yorkda keçiriləcəyini xatırladan Quterreş Ukraynada sülhlə bağlı böyük bir inkişaf gözləmədiyini bildirib.

"Ümid heç vaxt bitmir, lakin yaxın gələcəkdə Ukraynada sülhün bərqərar olması mümkün görünmür", - Quterreş deyib. 

Seymur Bənnayev

Sitat.info

​​​



Xəbər xətti