Sentyabrın 1-də səhər saatlarında Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1970-ci il təvəllüdlü şəxsin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Sitat.info xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini, 1994-cü il təvəllüdlü Hüseyn Hüseynov müəyyən edilərək saxlanılıb.
Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.