Ərdoğan: "Türkiyə yeni konstitusiyaya layiqdir"

18:03 1 Sentyabr 2023

Bu gün Türkiyə ictimaiyyəti önündə çıxış edən prezident Ərdoğan “Bir arzumuz var” deyərək yeni konstitusiya çağırışı edib.

Sitat.info xəbər verir ki,  Türkiyə prezidenti yeni Konstitusiyanın hazırlanması üçün proseslərin başlandığını bildirib.

"Siyasi həyatımızın hər dönəmində dilə gətirdiyimiz, millətimizin qarşısına hökumətin təklifi kimi qoyduğumuz bir arzumuz var. Bu arzu Türkiyəni "çevriliş konstitusiyasından" xilas etmək və yeni mülki Konstitusiyaya sahib olmaqdır. Çevriliş konstitusiyasının kölgəsində “Türkiyə əsri”ndən danışmağı ölkəmiz və demokratiyamız üçün biabırçılıq hesab edirik. İnanırıq ki, müstəqilliyi və gələcəyi üçün belə ağır bədəllər ödəmiş xalqımız, yeni Konstitusiyaya layiqdir. Millətimizə vəd etdiyimiz birinci dərəcəli demokratiya, birinci dərəcəli iqtisadiyyat və birinci dərəcəli azadlıqlar, birinci dərəcəli Konstitusiyanı tamamlayacaqdır".

Ərdoğan qeyd edib ki, "Türkiyə əsri"nə baxışımız belə bir Konstitusiya ilə güclənəcək: "Bunun üçün bütün 85 milyon insanın qucaqlayacağı, “bu da mənim Konstitusiyam” deyərək taclandıracağı bir mətni millətin ixtiyarına təqdim etməliyik. Buradan siyasi partiyalarımızı, ali məhkəmələrimizi, universitetlərimizi, dövlət qurumlarımızı, vəkillər kollegiyalarımızı, peşə təşkilatlarını, qeyri-hökumət təşkilatlarını və xalqımızın hər bir üzvünü bu prosesə töhfə verməyə dəvət edirəm. Məclisin açılışı ilə türk demokratiyasını yeni Konstitusiyaya gətirmək cəhdlərimizə yenidən başlayacağıq".

Nərgiz,

Sitat.info



Xəbər xətti