Tokayev hakim partiyanın sədri seçildi

13:37 28 Yanvar 2022

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hakim “Nur Otan” partiyasının sədri seçilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Növbədənkənar qurultayda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yekdilliklə “Nur Otan” Partiyasının sədri seçilib.

Tokayevin bu posta namizədliyini Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev təklif edib. Tokayevdən əvvəl partiyanın sədri vəzifəsində Nazarbayev çalışıb.



Xəbər xətti