İsveçrə Yunanıstanın Evros bölgəsində 14-cü günündə olan yanğınsöndürmə işlərinə dəstək olmaq üçün 3 hərbi helikopter və personal göndərəcək.
Sitat.info xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada yanğınların Yunanıstanı təsir altına almaqda davam etdiyi bildirilib.
"Yunanıstan hakimiyyətinin yardım tələblərinə cavab olaraq, İsveçrə yerdə yanğınsöndürmə əməliyyatlarına dəstək olmaq üçün üç hərbi helikopter və şəxsi heyət göndərir", - bəyanatda deyilir.
Bildirilib ki, sabah yola düşəcək helikopter və canlı qüvvə sentyabrın 3-də yanğının söndürülməsi işlərinə başlayacaq.
Kənan Bənnayev
Sitat.info